Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə zidd qeyri-etik davranışlar və bu məzmunlu paylaşımlar edən daha bir tiktoker həbs edilib. SİA "Unikal"a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Sənur Əzizov Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Sənur Əzizov 8 sutka müddətinə inzibati qaydada həbs edilib. Qeyd edək ki, ötən gün də tiktoker Müjgan Məmmədzadə həbs olunub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə