Mühərrik yağının əsas funksiyası mühərrikin uzunömürlü işləməsini təmin etməkdir. Keyfiyyətsiz yağın istifadəsi mühərriki dərhal sıradan çıxarmasa da, uzun müddətdə onun hissələrinin daha tez aşınmasına səbəb olur.
Bu sözləri SİA-ya avtomobil ustası Sahil Ağabəyli deyib.

O bildirib ki, keyfiyyətli mühərrik yağlarının tərkibində sürtünməni azaldan və metal detalların aşınmasının qarşısını alan xüsusi qatqılar mövcuddur. Bu qatqılar mühərrikin daxili hissələrini qoruyur, onların ömrünü uzadır və mühərrikin daha səmərəli işləməsinə kömək edir. Bundan əlavə, keyfiyyətli yağ yanacaq sərfiyyatının optimallaşmasına da müsbət təsir göstərə bilər:
“Ucuz və keyfiyyətsiz yağlarda isə bu qoruyucu qatqılar ya kifayət qədər olmur, ya da ümumiyyətlə istifadə edilmir. Nəticədə mühərrikin metal hissələri arasında sürtünmə artır, detallar daha tez yeyilir və uzun müddət ərzində mühərrikin resursu azalır.
Bununla belə, yalnız keyfiyyətsiz yağdan istifadə edilməsi mühərrikin ani şəkildə sıradan çıxmasına səbəb olmur. Belə yağların mənfi təsiri əsasən uzunmüddətli istismar zamanı özünü göstərir. Buna görə də mühərrikin sağlamlığını qorumaq və istismar müddətini artırmaq üçün istehsalçının tövsiyə etdiyi, keyfiyyətli mühərrik yağlarından istifadə etmək vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB