"Bu, əslində ən çox qarışdırılan mövzulardan biridir. Çox vaxt insanlar “çox stressdəyəm, deməli psixoloji problemim var” və ya əksinə, “bu sadəcə stressdir, keçər” deyə düşünürlər". Bu fikirləri SİA-ya açıqlamasında İngla Kids and Preschool-un direktor müavini,Uşaq və Yeniyetmə psixoloqu Aysu Həsənzadə deyib.

Onun sözlərinə görə, halbuki bunlar eyni anlayış deyil:
"Stress, əslində, beynimizin və bədənimizin normal reaksiyasıdır. İmtahan, iş dəyişikliyi, yeni valideyn olmaq, maddi çətinliklər – bunların hamısı stress yarada bilər. Hətta müəyyən səviyyədə stress bizə kömək də edir, diqqətimizi artırır və problemləri həll etməyə motivasiya edir.
Psixi pozuntu isə təkcə stresli hiss etmək deyil. Burada artıq simptomlar daha uzun müddət davam edir, gündəlik həyatın keyfiyyətinə təsir göstərir və insanın işinə, münasibətlərinə, yuxusuna, iştahasına və ümumi funksionallığına mane olmağa başlayır.
Bu sualı verməklə bunu rahatlıqla müəyyənləşdirə bilərik: “Bu hisslər həyatınızı idarə edir, yoxsa siz onları?”
Əgər narahatlıq, kədər və ya qorxu artıq gününüzün böyük hissəsini tutursa, əvvəllər rahat etdiyiniz işləri edə bilmirsinizsə, sevdiyiniz şeylər sizə zövq vermirsə və bu vəziyyət həftələrlə davam edirsə, artıq bunu sadəcə stressdir deyib keçmək doğru olmaz.
Bundan əlavə, biz adətən stressin yalnız psixoloji əlamətlərini düşünürük. Amma bəzən ilk siqnalları bədən verir: səbəbsiz yorğunluq, tez-tez baş ağrıları, mədə-bağırsaq narahatlıqları, ürəkdöyünmə, yuxu pozuntuları. Müayinələr normal çıxsa da, bu şikayətlər davam edirsə, onların arxasında psixoloji faktorlar ola bilər.
Ən vacibi isə odur ki, insanlar kömək istəməyi gecikdirməsinlər. Çünki psixi pozuntuların böyük bir hissəsində erkən müdaxilə həm sağalma müddətini qısaldır, həm də problemin dərinləşməsinin qarşısını alır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB