“Dermatoloji testdən keçib”, “təbii məhsuldur” kimi ifadələr nə dərəcədə etibarlıdır? - HƏKİM DANIŞDI
“"Dermatoloji testdən keçib”, “təbii məhsuldur” kimi ifadələrin nə dərəcədə etibarlı olduğu istehlakçıları düşündürən əsas məqamlardandır".
Bunu SİA-ya açıqlamasında həkim Dermato-veneroloq Vaqif Abdullayev deyib

Onun sözlərinə görə, təəssüf ki, bazarda heç bir real test aparılmadan bu cür ifadələri qablaşdırma üzərində yazan şirkətlər də mövcuddur. Xüsusilə adı bilinməyən və rəsmi təmsilçisi olmayan markalarda bu risk daha yüksəkdir.
Ona görə iki əsas meyara diqqət yetirmək vacibdir. Məhsul ölkədə rəsmi satışda olmalı və tanınmış, beynəlxalq səviyyədə etibar qazanmış brendə məxsus olmalıdır. Böyük şirkətlər istehsal etdikləri məhsulları ciddi laborator testlərdən keçirir və keyfiyyətə nəzarət edir. Keyfiyyətə nəzarət sistemi olmayan, kontrabanda yolu ilə gətirilən məhsullar isə risklidir.
Dəriyə qulluq vasitəsi seçərkən həkim məsləhəti əsas götürülməlidir. Dəriyə ən çox zərər verən amillərdən biri yay aylarında saatlarla günəş altında qalmaq və dərinin qaralmasını məqsəd kimi qəbul etməkdir. Uzun müddət qorunmasız şəkildə günəş şüalarına məruz qalmaq dərinin fotoqocalmasına, piqment ləkələrinin yaranmasına, hətta dəri xərçəngi riskinin artmasına səbəb olur. Dərinin sağlam qalması üçün günəşdən qorunma mədəniyyəti formalaşdırılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB