Hazırda Bakı və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır.

Qeyd olunub ki, dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə