"Özünü düşünmək də, cəmiyyəti düşünmək də eyni dərəcədə vacibdir" - PSİXOLOQ DANIŞDI
""Hər kəs özü üçün yaşayır" düşüncəsi cəmiyyət və fərd münasibətlərində çox mühüm fəlsəfi yanaşmadır. Bu fikir əslində həm cəmiyyət üçün, həm də insanın özü üçün müəyyən vədlər verir".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, çünki “birimiz hamımız üçün, hamımız birimiz üçün” prinsipi sağlam ictimai münasibətlərin əsasını təşkil edir: "İnsan cəmiyyətdə yaşayır və həm özünü, həm də ətrafını düşünməlidir. Bu iki yanaşma eyni dərəcədə götürülməlidir. Əgər insan yalnız başqalarını düşünüb özünü unutsa, bu, onun daxili tükənməsinə və psixoloji problemlərə gətirib çıxara bilər. Əksinə, yalnız özünü düşünüb cəmiyyəti nəzərə almamaq isə eqoizm və narsisizm yaradır.
Ona görə də burada əsas məsələ balansdır. Cəmiyyətin şəxsə verdiyi fayda ilə, şəxsin cəmiyyətə verdiyi fayda arasında sağlam nisbət qorunmalıdır. Çünki cəmiyyət fərdlərin birliyindən formalaşır və hər bir fərd ayrıca dəyər daşıyır. Hər toplumun öz psixologiyası, xüsusiyyətləri, xarakteri, emosional duruşu və düşüncə tərzi var. İnsan yaşadığı mühitin xüsusiyyətlərini nəzərə almalıdır. Əgər fərd tamamilə fərqli sosial dəyərlərlə yaşamağa çalışar və yaşadığı toplumun düşüncə sistemini tamamilə rədd edərsə, o zaman cəmiyyət tərəfindən qəbul olunmamaq riski ilə üzləşə bilər. Sosial qəbulun olmaması isə ciddi psixoloji nəticələr doğura bilər.
Bu baxımdan həm fərdi kimliyi qorumaq, həm də cəmiyyətlə uyğunlaşmaq vacibdir. Sağlam cəmiyyət məhz balans üzərində qurulur - nə həddindən artıq fərdiyyətçilik, nə də fərdin tamamilə əriməsi.
Nəticədə demək olar ki, cəmiyyət və fərd bir-birini tamamlayan anlayışlardır. Fərd cəmiyyətin bir hissəsidir, cəmiyyət isə fərdlərin vəhdətindən ibarətdir. Əsas məsələ bu münasibətdə düzgün nisbəti tapmaq və qarşılıqlı faydanı qorumaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB