Pensiya yaşına çatmadan vəfat edən sığortalının vəsaitini almaq üçün hansı sənədlər lazımdır? - DSMF
Pensiya yaşına çatmadan vəfat edən sığortalının vəsaitinin ailə üzvlərinə verilməsi üçün müəyyən sənədlər tələb olunur.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyinin tabaliyində Dövlət Sosial Müdafiə Fondundan SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, avtomatlaşdırılmış təyinatların əhatə dairəsinə düşməyən şəxslər, yəni elektron informasiya sistemlərində müvafiq məlumatları olmayan şəxslər istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına aşağıda qeyd olunan sənədlərlə müraciət edə bilərlər:
- əmək pensiyası təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
- vəfat etmiş ailə başçısının övladının (övladlarının) doğum haqqında şəhadətnaməsinin surəti;
- ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti;
- ailə başçısının 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı;
- vəfat etmiş ailə başçısının 18 yaşına çatanadək əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunun) müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladının (övladlarının), habelə atasının, anasının, arvadının, ərinin orqanizmin funksiyalarının 61-100 faiz pozulması ilə bağlı (I və ya II dərəcə) əlilliyinin olması barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticələri barədə çıxarış;
- ailə başçısının dul arvadının (ərinin) yeni nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;
- vəfat edənin sığorta stajını təsdiq edən sənəd.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB