Pensiya yaşına çatmadan vəfat edən sığortalının ödənişi ailəyə hansı hallarda verilir? - QURUMDAN AÇIQLAMA
Uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuş və məcburi dövlət sosial sığorta haqları ödəmiş, lakin pensiya yaşına çatmadan vəfat etmiş şəxsin fərdi hesabında toplanmış sığorta vəsaitlərinin həyat yoldaşına və digər vərəsələrinə verilməsi hüquqi mexanizmlərlə tənzimlənir və bu vəsaitlərin əldə olunması üçün vətəndaş müvafiq dövlət qurumlarına müraciət etməlidir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyinin tabaliyində Dövlət Sosial Müdafiə Fondundan SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, qanunvericiliyə görə vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı adındanda göründüyü kimi şəxsin pensiyasının və ya o, vəfat etdikdə pensiya hüququ olan ailə üzvünün ailə başçısını itirməyə görə pensiya məbləğinin hesablanması üçün istifadə olunan rəqəmləri ifadə edir.
Eyni zamanda, həmin pensiya kapitalı müvafiq pensiya hüququ yaranan tarixədək sabit məbləğ kimi qalmır, hər il üzrə indeksləşdirilərək artırılır. Bundan başqa, pensiya təyin edildikdən sonra da pensiya məbləği hər il indeksləşdirilərək artırılır.
Göründüyü kimi, əmək pensiyasının məbləği şəxsin pensiya hüququnun yarandığı tarixədək illər üzrə indeksləşdirilmələr nəzərə alınmaqla formalaşan pensiya kapitalına uyğun təyin olunur və təyin edilmiş həmin pensiya məbləği də sonrakı illərdə indeksləşdirilərək artırılmaqla daha yüksək məbləğlərdə ödənilir.
Əgər sığortaolunan vəfat edərsə, onun vəfat etdiyi tarixə tələb olunan sığorta stajı olduğu halda onun fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış rəqəmlərlə ifadə edilən pensiya kapitalına uyğun olaraq aşağıda qeyd edilən ailə üzvlərinə əmək pensiyası müəyyən edilir:
- 18 yaşınadək (əyani təhsil alan 23 yaşınadək) övladlarına;
- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına;
- pensiya yaşına çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və anasına, ərinə və ya arvadına;
- 8 yaşına çatmamış uşaqlarına baxan və işləməyən şəxslərə (valideynlərindən biri, əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı).
Vəfat etmiş şəxslərin 2006-cı ilin yanvarın 1-dən 2018-ci ilin iyulun 1-dək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmışdırsa, ailə başçısı itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinə elektron informasiya sistemlərində müvafiq məlumatlar olduğu təqdirdə avtomatlaşdırılmış qaydada pensiya təyin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB