Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən bu ilin ötən dövrü ərazində daha 1336 işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlardan 525-i üçün agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 811-i üçün özəl tədris müəssisələrində kurslar təşkil edilib.
Kurslar əsasən mühasib, dərzi, frontend developer, yanacaqdoldurma stansiyalarının operatoru, insan resursları mütəxəssisi, kompüter operatoru, təchizat üzrə agent və digər istiqamətlər üzrədir.
İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan, müdavimlərə peşələrlə bağlı nəzəri və praktiki biliklərin tədris edildiyi kursları uğurla başa vuran şəxslərin işlə təminatı da həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB