Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb

ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi paylaşım edib. SİA ABŞ səfirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, dünən axşam Heydər Əliyev Mərkəzi vitse-prezident Vensin rəsmi səfəri münasibətilə Amerika bayrağının təsviri ilə işıqlandırılıb.

Paylaşımda bildirilir: “Bu gözəl jest ABŞ və Azərbaycan arasında möhkəm və genişlənən tərəfdaşlığı əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də parlaq gələcəyə və qarşılıqlı tərəqqiyə sadiqliyimizin simvoludur”.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə