Güllələnən müəllimə ilə bağlı yeni fakt - keçmiş bələdiyyə sədrinin nəvəsidir...

Məlum olduğu kimi, Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəlliməsi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı ov tüfəngi ilə yaralayıb.

Mediada yer alan xəbərə görə, güllə yarası alan riyaziyyat müəlliməsi əslən Ucar rayonunun Qazıqumlaq kəndindəndir. O, Ucar bələdiyyəsinin keçmiş sədri Səhrab Kamilovun nəvəsidir.

Məlumata görə, Şəhla Kamilovanın əmisi Vəfadar Kamilov bir neçə il öncə faciəli şəkildə vəfat edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə