Yusif Vəliyev: "GəncVİZYON" ideyatona 500-ə yaxın gənc qatılıb

Azərbaycanda tarixində ilk dəfə keçirilən fərdi intellektual yarışda 700-dən artıq gənc iştirak edib. “GəncVİZYON" ideyatona isə 500-ə yaxın gənc qatılıb və onlar 40 komandada mübarizə aparıblar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev bu barədə jurnalistlərə məlumat verib.

"Bu gün Gənclər Fondu tərəfindən “GəncVİZYON” ideyaton müsabiqəsi həyata keçirilib. Bu müsabiqənin əsas məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq gənclərin təşəbbüskarlığının inkişafı və innovativ gənc nəslin formalaşmasına töhfə verməkdir. Ümumilikdə Gənclər Fondu tərəfindən məhz Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər proqramı gerçəkləşdirilib. İlk olaraq, 3000-dən artıq gəncin iştirakı ilə Gənclər Festivalı təşkil edilib Daha sonra ölkənin ən böyük fərdi intellektual yarışı keçirilib.Ötən gün isə “GəncTALKS” motivasiya proqramı təşkil olunub",- deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə