Gələn il Azərbaycanda Müsəlman Ağsaqqalları Şurasının sessiyasının keçirilməsi müzakirə olunub
2027-ci ildə Azərbaycanda Müsəlman Ağsaqqalları Şurasının növbəti sessiyasının keçirilməsi müzakirə olunub.
SİA xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının və "Zayed İnsan Qardaşlığı Mükafatı" Təşkilatının Baş Katibi Məhəmməd Əbdülsəlam ilə görüşündə müzakirə aparıb.
Görüşdə həmçinin 2026-cı il ərzində Azərbaycanda və xarici ölkələrdə müxtəlif islamdaxili, dinlərarası və mədəniyyətlərarası tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, A.Paşazadə səfər çərçivəsində həmçinin "Zayed Milli Muzeyi"ndə Heydər Əliyev fondunun Vitse-Prezidenti Leyla Əliyevanın, habelə Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyevanın və İnsan Qardaşlığı Mükafatı münsiflər heyətinin digər üzvlərinin iştirakı ilə keçirilən "Qadın Liderliyi İnsan Qardaşlığının möhkəmləndirilməsində əsas amillərdəndir" və "Humanitar fəaliyyətin praktiki siması: gecikmədən cavab vermək, cəsurca rəhbərlik etmək və təmiz şəkildə icra etmək" sessiyalarında iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB