Artıq bir il ərzində ölkəyə gömrük rüsumundan azad olmaqla bir ədəd mobil telefon gətirmək mümkün olacaq.
SİA-nın məlumatına görə, Dövlət Gömrük Komitəsi gömrük rüsumlarına tətbiq edilən güzəştlərlə bağlı qaydalara dəyişiklik edib. Əvvəlki qaydalara əsasən, bir təqvim ayı ərzində gömrük rüsumundan azad olmaqla bir ədəd mobil telefonun ölkəyə gətirilməsinə icazə verilirdi.
Beləliklə, şəxsi istifadə üçün ölkəyə gətirilən mobil telefonun dəyəri 800 ABŞ dollarını aşarsa, məsələn, 1000 dollar olarsa, bu zaman 800 dollar məbləği çıxılmaqla, qalan 200 dollar üçün gömrük rüsumu ödəniləcək.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB