“Əlillik təyinatlarında süni intellekt həlləri 90%-dək dəqiqlik göstərir” - Kənan Əkpərov
Cari ildə xidmətlərin təkmilləşdirilməsi istiqamətində əsas üstünlüyün süni intellekt (Sİ) əsaslı həllərə veriləcəyi diqqətə çatdırılıb.
SİA xəbər verir ki, bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, xüsusilə əlillik təyinatları sahəsində Sİ həlləri artıq sınaqdan keçirilir və hazırda əlillik qrupunun avtomatik təyin edilməsi təxminən 90 faizə qədər düzgün nəticə verir.
Kənan Əkpərov qeyd edib ki, vətəndaşlardan daxil olan bütün müraciətlər vahid mərkəzdən qəbul olunacaq və “Omnichannel” yanaşması əsasında mərkəzləşdirilmiş şəkildə idarə ediləcək. Bu yanaşma xidmətlərin daha çevik, şəffaf və əlçatan göstərilməsinə imkan yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB