"Bəzi insanlar benzin, aseton, boya, yapışqan kimi kəskin qoxuları sevirlər. Yağışdan sonra yayılan torpaq qoxusunu sevənlər də var. Bununla yanaşı, diş pastası, təbaşır, qum və torpaqla qidalanmaq istəyənlərə də rast gəlmək mümkündür. Həkimlər bildirirlər ki, bu hal orqanizmdə dəmir çatışmazlığının göstəricilərindən biridir. Kəskin qoxular sinir sisteminə təsir etdiyi üçün sakitəşdirici əhvali-ruhiyyə yaradır. Məsələn, benzin, hər hansı yuyucu vasitələr, paltar sabunu qoxusuna qarşı yüksək həssaslığı olanlar var. Elmi ədəbiyyatda bunun bəzi açıqlamaları ilə rastlaşmaq olar" Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloq onu da qeyd edib ki, araşdırmalara görə, benzin qoxusu sinir sisteminə və beyinə iki cür təsir göstərə bilər. Birincisi, benzin qoxusu uşaqlıq anlarının, bəzən həyatda müəyyən bir xatirələrin yada salınması əlaməti olaraq beyin mərkəzlərini qıcıqlandıra bilir. "Xüsusilə benzin qoxusuna qarşı yaranan xoş duyğunun digər səbəbi daha maraqlıdır. Benzin uçucu, mulativ bir maddədir, onlar karbohidrogen adlanan xüsusi bir kimyəvi maddə olduğu üçün sürətli yayılmaq qabiliyyətinə malikdir və beyinin qıcıqlandırımasına səbəb olur. Bu, insanda həzz, xoş əhvali-ruhiyyə və defomin sintezinə səbəb olur. Qeyd edək ki, dəmir çatışmazlığı immun sisteminə birbaşa təsir göstərir. Həmin problemdən əziyyət çəkənlərdə mütəmadi baş ağrıları, ürəkbulanma, təngənəfəslik, yaddaş və diqqət pozuntusu müşahidə edilir. Ona görə də hansısa fərqli qoxulara qarşı maraq yaranandan sadəcə vərdiş hesab edib keçmək lazım deyil. Bu, hansısa çatışmazlığın əlaməti ola bilər", - deyə Y.Əsgərova fikrini tamamlayıb.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB