Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 və 8 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bu barədə SİA-ya səhmdar cəmiyyətindən bildirilib.

Qatar Bakıdan Ağstafaya saat 09:15-də, Ağstafadan Bakıya isə saat 15:00-də yola düşəcək.

Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə