Ötən ay 48 aptekdə yoxlama aparılıb

Bu ilin yanvar ayı ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 aptekdə yoxlama keçirilib.

Mərkəzdən SİA-ya verilən məlumata görə, həmin yoxlamalardan 10-u Bakıda, 38-i isə respublikanın digər şəhər və rayonlarındakı apteklərdə aparılıb.

Yoxlamaların 32-si planlı, 16-sı plandankənar olub.

Aparılmış yoxlamalar nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb və həmin pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə