Sədərək rayonunda iki saat qaz olmayacaq

Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda iki saat qaz olmayacaq.

SİA-nın yerli bürosu xəbər verir ki, rayonun Sədərək kəndində korroziyaya uğramış yeraltı qaz borusunun yerüstü boru ilə əvəzlənməsi məqsədilə təmir işləri aparılacaq.

Bu səbəbdən, fevralın 2-də saat 15:00-dan 17:00-dək kənd üzrə 553 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə