"İman dil ilə iqrar, qəlb ilə sevmək, əməl ilə təsdiq etməkdən ibarətdir. Hər kim dil ilə kəlimeyi-şəhadət gətirsə, müsəlman olmuş olar". Bu sözləri SİA-ya açıqlamasında "Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev deyib.
Onun sözlərinə görə, amma əgər qəlbi ilə Allahı və Rəsulunu sevmirsə və əməli ilə də bu sevgini təsdiq etmirsə, həqiqi iman etmiş olmaz: "Uca Rəbbimiz Qurani-Kərimin Hucurət surəsinin 7-ci ayəsində belə buyurur: “...Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır.”
Ayədən də göründüyü kimi, Allah imanı sevdirir və onunla qəlblərimizi zinətləndirmiş olur. Yəni həqiqi iman qəlbin və ruhun zinətidir. Əgər həqiqi iman etmiş olmasaq, əməllərimiz gözəl görünsə də, mütləq mənada naqis tərəfləri olacaqdır. Bu da imanın ləzzətini dadmağa və xalis iman sahibi olmağa maneə olacaqdır.
Allah Rəsulu (s) buyurur ki: “Bütün əməllər niyyətə bağlıdır.” Yəni niyyət gözəl olsa, əməl gözəl olar; niyyətlərimiz çirkin olsa, əməllərimiz zahirən gözəl olsa da, batində isə çirkin olacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB