“Umut Mirzəyev vətəndaş cəmiyyətinin formalaşmasında nadir xidmətləri olan şəxsdir” - Azər Allahverənov
“Umut müəllimin həm təşkilati, həm də ictimai fəaliyyət çərçivəsində irəli sürdüyü çoxsaylı dəyərli təkliflər var və bu istiqamətdə fəaliyyət göstərmək, daha geniş çıxışlar etmək üçün kifayət qədər imkan mövcuddur. O, təkcə bir sahədə deyil, müxtəlif sektorların formalaşmasında və inkişafında mühüm xidmətlər göstərmiş şəxsdir”.
SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Allahverənov Umud Mirzəyevin 65 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, Umut Mirzəyev BMT səviyyəsində və digər beynəlxalq platformalarda fəal iştirak edərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və sistemli fəaliyyət aparıb: “O, həm dövlət, həm də cəmiyyət müstəvisində özünəməxsus yanaşması və fəaliyyət alqoritmi olan nadir şəxslərdəndir. Bu xüsusiyyətlər onu fərqləndirən əsas cəhətlərdəndir”.
Azər Allahverənov qeyd edib ki, Umut Mirzəyevi təxminən 35 yaşından tanıyır və bu illər ərzində onun dəyişməz enerjisini, prinsipiallığını və məqsədyönlü fəaliyyətini yaxından müşahidə edib: “Dəyişən yalnız zaman və tarixlərdir. Həmin əzmkarlıq və məsuliyyət hissi bu gün də qorunub saxlanılır və bu, vətəndaş cəmiyyətinin dinamik inkişafına ciddi töhfə verir”.
Deputat Umut Mirzəyevin Beynəlxalq Avrasiya Əməkdaşlıq Forumu çərçivəsində qurduğu sistemin həm beynəlxalq, həm də milli səviyyədə nümunə ola biləcəyini vurğulayıb: “Bu platforma vətəndaş cəmiyyətinin formalaşması baxımından mühüm rol oynayıb və bu gün də örnək kimi dəyərləndirilə bilər”.
Çıxışında birgə keçilən fəaliyyət yoluna da toxunan Azər Allahverənov bildirib ki, 1996–1997-ci illərdən başlayaraq terrorla mübarizə, inkişaf və əməkdaşlıq forumlarının yaradılması kimi proseslərdə birlikdə iştirak ediblər: “Bu mərhələlər vətəndaş cəmiyyəti sektorunun formalaşması baxımından son dərəcə əhəmiyyətli idi və bu gün də qürurla xatırlanır”.
Deputat çıxışının sonunda Umut Mirzəyevlə birgə fəaliyyətin onun üçün böyük şərəf olduğunu vurğulayıb: “Bir çox proseslərdə bir yerdə olmuşuq və bu, mənim üçün qürurvericidir. Umut müəllimlə birlikdə vətəndaş cəmiyyətinin inkişafında iştirak etmək böyük bir dəyərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB