Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilir - YENİLƏNİR/FOTOLAR
Görkəmli şair-publisist, tanınmış ictimai xadim, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Rəhimoğlu Mirzəyevin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilir.
SİA xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri və idarə heyətinin üzvləri, millət vəkilləri Hikmət Babaoğlu, Elçin Mirzəbəyli, Vüqar Rəhimzadə, Azər Allahverənov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Türkiyə Səfirliyinin Mətbuat Müşaviri Cahangir İşbilir, professor Cahangir Məmmədli, media təmsilçiləri, ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirlər.
Yubiley mərasimində Umud Mirzəyevin çoxillik yaradıcılıq və ictimai fəaliyyəti, Azərbaycan mətbuatının inkişafına verdiyi töhfələr, ictimai fikir mühitinin formalaşmasında oynadığı rol geniş şəkildə qeyd olunur, onun mədəni və ictimai xidmətləri yüksək qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB