"Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 95% təşkil edib" - FƏRİD MƏMMƏDOV

"DOST Çağrı Mərkəzi 142 tərəfindən 2025-ci ildə 1,5 milyon, ümumən ötən dövrdə isə 8,3 milyondan çox vətəndaş müraciəti cavablandırılıb".

SİA xəbər verir ki, bu sözləri DOST Agentliyində 2025-ci ilin yekunlarına dair mətbuat konfransı zamanı Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.

O qeyd edib ki, vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 95% təşkil edib: "Çağrı Mərkəzinə zəng edənlərin cavab üçün orta gözləmə müddəti 51 saniyə, orta xidmət müddəti isə 3 dəqiqə 7 saniyə olub".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə