2030-cu ilədək DOST mərkəzinin 64 filialı istifadəyə veriləcək - FƏRİD MƏMMƏDOV
"DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyi qeyd edilib. 2025-ci ildə Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli xidmət məntəqələri, bu ay isə Tərtər filialı istifadəyə verilib".
SİA-nın verdiyi məlumata görə, bu sözləri DOST Agentliyində 2025-ci ilin yekunlarına dair mətbuat konfransı zamanı Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.
O bildirib ki, ümumilikdə indiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib: "Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır. 2030-cu ilədək 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB