AQTA-nın adından obyektlərə dezinfeksiyalarla bağlı saxta müraciətlər edənlərə xəbərdarlıq edilib
Son dövrlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlər və aparılan nəzarət tədbirləri zamanı müəyyən edilib ki, bəzi dezinfeksiya xidməti göstərən özəl şirkətlər agentliyin adından sui-istifadə edir.
SİA xəbər verir ki, bu məsələ ilə bağlı agentlik xəbərdarlıq yayıb.
Bildirilib ki, sözügedən şirkətlərin nümayəndələri qida sahəsində fəaliyyət göstərən obyektlərə daxil olaraq özlərini agentliyin əməkdaşı kimi təqdim edərək, dezinfeksiya xidmətləri ilə bağlı müqavilə bağlamağı təklif edirlər. Bu xidmətlərdən imtina edildiyi halda isə obyektlərdə nəzarət tədbirlərinin aparılacağı, barələrində ciddi tədbirlərin görüləcəyi ilə bağlı əsassız iddialar irəli sürürlər.
AQTA dezinfeksiya xidməti göstərən qurum deyil. Agentliyin hər hansı dezinfeksiya xidməti həyata keçirən şirkəti mövcud deyildir. Dezinfeksiya xidmətləri göstərən şəxslər lisenziya əsasında fəaliyyət göstərən müstəqil sahibkarlıq subyektləridir.
Qeyd edək ki, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qida obyektlərinin sahibləri öz müəssisələrində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirməli və bu tədbirlərin icrasını təsdiq edən müvafiq sənədləri saxlamalıdırlar. Agentlik isə yalnız bu tələblərə əməl olunmasına nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
AQTA sahibkarları diqqətli olmağa çağırıb və bu kimi hallarla rastlaşdıqları təqdirdə, agentliyin adından sui-istifadə edən şəxslər və ya şirkətlər barədə "1003-Çağrı Mərkəzi"nə məlumat vermələrini xahiş edib. Eyni zamanda, agentliyin adından sui-istifadə edən dezinfeksiya şirkətləri belə hallara təkrar yol verəcəyi təqdirdə barələrində zəruri tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Xəbər lenti
"Neftçi"dən BİABIRÇI MƏĞLUBİYYƏT!
İdman 22:1857 yaşlı Mark Entoni səkkizinci dəfə ata olub…
Şou-Biznes 21:51Ən qeyri-adi Range Rover BMW X6 ilə rəqabət aparacaq…
Texnologiya 21:08Süni intellektin özünəməxsus dil əsaslı xüsusiyyəti var...
Texnologiya 20:49Rusiya yeni bir defolt hazırlayır?
İqtisadiyyat 19:52Artıq pəhriz saxlamağa ehtiyac yoxdur...
Səhiyyə 19:27Sergey Lavrov Marko Rubio ilə görüşəcək
Dünya 19:12Reuters: Kreml çətin vəziyyətdədir...
Dünya 19:07Ağdamda açıq ərazidə yanğın başlayıb
Hadisə 19:01Külək əkən qasırğanı biçəcək..?
Dünya 18:51Rusiya beş milyondan on milyon ton arasında taxıl itirə bilər…
İqtisadiyyat 18:26“Putin üçün kritik hala gələcək təzyiq artır...”
Dünya 18:08Həsən bəy Zərdabinin məzarı ziyarət edilib
Sosial 17:42Bank kreditlərinin faizləri aşağı düşür? - EKSPERT AÇIQLADI
İqtisadiyyat 17:20"İqlim haqqında" yeni qanun layihəsi ictimai müzakirəyə təqdim olunub
İqtisadiyyat 15:42Azərbaycan üzgüçüləri iyulda 60 medal qazanıblar
İdman 15:20Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir
Sosial 13:50Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq
Sosial 13:06Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Texnologiya 13:06Müasir media: Əsr yarımlıq alqoritmlər
MEDİA 12:55Küçələr hamı üçün eyni deyil - KÖŞƏ
Sosial 10:46Gəmi heyəti üzvləri və sərnişinlərin siyahısına dair qaydalar təsdiqlənib
İqtisadiyyat 09:10Zərdabi ömründən dəqiqələr
MEDİA 08:22Bu ölkədə 3 nəfər hantavirusdan ölüb
Səhiyyə 03:20Avropada qaz qiymətləri "əl yandırır"...
İqtisadiyyat 02:24İkiqat Olimpiya çempionu 50 yaşında öldü...
İdman 01:21Ermənistanda daha bir əsgər ölümü baş verib
Dünya 00:20Bu gün milli mətbuatın yaranmasından 151 il ötür
Sosial 00:05Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi - yenilik nədir?
Sosial 21 İyul 23:30Sabah Bakının bu rayonu qazsız qalacaq - XƏBƏRDARLIQ
Sosial 21 İyul 23:19Rusiya Xarkovda daha bir kəndi ələ keçirdi
Dünya 21 İyul 23:05"Oyuna qədər şanslar hər zaman bərabərdir" - "Dinamo"dan "Neftçi"yə MESAJ
İdman 21 İyul 22:30Kütləvi qida zəhərlənməsi ilə bağlı araşdırma aparılıb - nəticə açıqlandı
Sosial 21 İyul 22:18Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9394
-0,08%
-
GBP
2,2752
-0,43%
-
RUB
2,1670
-0,07%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
.jpg)
.jpg)
.jpg)
