"2025-ci ildə Azərbaycanda 189 mindən çox şəxs işlə təmin olunub".
SİA-nın verdiyi məlumata görə, bu sözləri Dövlət Məşğulluq Agentliyi (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il 16 min 827 nəfər özünəməşğulluq proqramı ilə əhatə olunub: "Bu proqram 2017-ci ildən bəri 113 mindən çox şəxsi əhatə edib. Ümumiyyətlə, Azərbaycanın özünəməşğulluqla bağlı layihəsi digər ölkələrə də nümunə olaraq göstərilməkdədədir. 2025-ci ildə 18 mindən çox şəxs peşə hazırlığında cəlb edilib. Onların 11 mindən çoxu qadınlardır. Bu kurslarda 175 prioritet peşə əsas götürülüb. O baxımdan, müvafiq sayda təkmilləşirdirmələr aparılacaq, peşə sahələri artırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB