2026-cı ildə icbari tibbi sığortanın xidmət zərfi genişləndiriləcək - Zaur Əliyev
"2026-cı ildə icbari tibbi sığorta sisteminin Xidmətlər Zərfi daha da genişləndiriləcək". SİA xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib.
Zaur Əliyev bildirib ki, genişləndirmə bir neçə əsas tibbi sahəni əhatə edəcək. Onun sözlərinə görə, travmatologiya sahəsində tibbi göstəriş olduqda revizion protezləmənin, yəni ilkin protezin yenisi ilə əvəz olunmasının icbari tibbi sığorta hesabına qarşılanması nəzərdə tutulur.
Eyni zamanda, neyrocərrahiyyə sahəsində mərkəzi və periferik sinir sisteminə dair diaqnostik və cərrahi müdaxilələrin, oftalmologiya sahəsində görmə qabiliyyətinin bərpası və qorunmasına yönəlmiş müasir və effektiv xidmətlərin, kardiologiya sahəsində isə invaziv kardiologiya və kardiocərrahiyyə üzrə minimal invaziv və yüksək texnoloji tibbi xidmətlərin çeşidinin artırılması planlaşdırılır.
Sədr həmçinin 2026-cı ildə resept əsasında yazılan ambulator dərmanların qarşılanması üzrə yeniliklərin də nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda ölüm riskinin əsas səbəblərindən biri ürək-damar xəstəlikləridir. Buna görə ilkin mərhələdə hipertenziya xəstəliyinin müalicəsində istifadə olunan antihipertenziv dərman vasitələrinin icbari tibbi sığorta tərəfindən qarşılanması planlaşdırılır.
Zaur Əliyev əlavə edib ki, ilkin mərhələdə ümumilikdə 76 dərman vasitəsinin təmin olunması nəzərdə tutulur. Bu dərmanlar 28 təsiredici maddəni əhatə edəcək və müxtəlif doza və kombinasiyalar üzrə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB