"Verdiktum" Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nüşabə Fərman qızı Ağayeva barəsində intizam tədbiri görülüb.
SİA-nın məlumatına görə bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar verib.
Qərara əsasən, peşə fəaliyyətini həyata keçirərkən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin və Vəkillər Kollegiyası Nizamnaməsinin tələblərini pozduğuna görə, vəkil Nüşabə Ağayeva Vəkillər Kollegiyasına ödənilən üzvlük haqqının 10 misli həcmində cərimə edilib.
Xatırladaq ki, Vəkillər Kollegiyasına aylıq üzvlük haqqı 72 manatdır. Beləliklə, keçmişdə uzun müddət hakim vəzifəsində çalışmış N.Ağayeva 720 manat cərimə olunub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB