"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.4.10-cu yarımbəndininin icrası ilə əlaqədar antinarkotik təbliğatı işlərinin sosial şəbəkələr üzərindən aparılması məqsədilə müxtəlif həştəqlərlə sosial aksiyaların həyata keçirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış müxtəlif maarifləndirici materiallar sosial şəbəkə platformalarında paylaşılıb.
Bu barədə SİA-ya İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, narkomanlıqla mübarizə sahəsində ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə "Narkotiklərə birgə yox deyək!” devizli aksiya çərçivəsində #SağlamGələcək, #AsılılığaYox, #İctimaiSağlamlıq və digər həştəqləri ilə sosial şəbəkə seqmentlərində paylaşılmış maarifləndirici materiallar 17 min 979 izləyici tərəfindən baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB