Bahar Muradova Şirvanda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şirvan şəhərində vətəndaşları qəbul edib.

SİA xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qəbul zamanı Şirvan şəhər və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında alimentin ödənilməsi, hüquqi yardım, övladının müalicəsi, ailədaxili münasibətlər, uşaq tələbi və digər məsələlər yer alıb.

Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə