Naxçıvanın bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq. SİA-nın məlumatına görə, bu gün "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar Düylün 35/10 kV-luq yarımstansiyadan çıxan Aza 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. Aparılacaq işlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 12:00-dan 15:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə