Saleh Məmmədov Xızıda vətəndaşları qəbul edəcək

Sabah Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Xızıda vətəndaşları qəbul edəcək.

SİA Agentliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da rayon mərkəzindəki Heydər Əliyev Mərkəzində olacaq.

Qəbulda Xızı və Siyəzən rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Xızı rayonu "1 №-li Yol İstismarı" və Siyəzən rayonu "2 №-li Yol İstismarı" MMC-lərdə öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə