Bir günlük qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb oldu

Ölkəmizdə müşahidə olunan qarlı-şaxtalı hava şəraiti nəticəsində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb və ümumi zərərin təxminən 400 min manat olacağı gözlənilir.

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən mediaya açıqlamada bildirilib ki, baş vermiş hadisələrlə bağlı 7 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 484 müraciət daxil olub. Onlardan 403-ü "Avtonəqliyyat vasitələrinin icbari sığortası (OSAGO)", 76-sı "KASKO", 4-ü "Daşınmaz əmlakın icbari sığortası", 1-i isə "Əmlakın yanğından və digər risklərdən sığortası" üzrədir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə