Vüqar Qurbanov vətəndaşları qəbul edib

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşları qəbul edib.

Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki. qəbulda müayinə, müalicə, işlə təminolunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.

Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə