Paytaxtın Suraxanı və Binəqədi rayonlarında talama cinayətləri qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axşam saatlarında Hövsan qəsəbə sakininin evinin qarşısından ona məxsus yük qaldırıcı qurğunun hissələri oğurlanıb. Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Ə. Quliyevi müəyyən edərək saxlayıblar.
Biləcəri qəsəbəsində keçirilən tədbir zamanı isə zərərçəkənin mənzilindən moped oğurlamaqda şübhəli bilinən S. Hüseynov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB