İlk köç karvanı Xankəndi şəhərinə çatıb

İlk köç karvanı Xankəndi şəhərinə çatıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 21-də Xankəndi şəhərinə yola düşən ilk köç karvanı ünvana çatıb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, ilk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb.

Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə