Yanvarın 20-si saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə sulu qar, qar yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.
Yağan qarın hündürlüyü Lerikdə 85, Əlibəydə (Zaqatala) 42, Kəlbəcərdə 40, Yardımlıda 38, Laçın, Qubadlı və Şahbuzda 35, Şuşada 25, Sarıbaş (Qax) və Kişçayda (Şəki) 23, Xızıda 20, Quba, Xankəndi və Xaltanda 17, Qusar və Şərurda 13, Qobustanda 12, Xocalı, Göygöl, Şahdağ və Oğuzda 7, Sədərək və Gədəbəydə 6, Ağdam, Füzuli və Ceyrançöldə 5, Göyçay, Tovuz və Daşkəsəndə 4, Tərtər və Qəbələdə 3, Balakən, Bərdə və Naxçıvanda 2, Mingəçevir, Şəmkir, İsmayıllı, Şamaxı, Şabran, Goranboy, Culfa və Ordubadda 1 santimetrdir.
Düşən yağıntının miqdarı Lənkəranda 86 (aylıq normanın 90 faizi), Astarada 69 (aylıq normanın 70 faizi), Cəlilabadda 49 (aylıq normanın 77 faizi), Beyləqanda 25, İmişlidə 13, Yevlaxda 10, Saatlı və Sabirabadda 5, Kürdəmir və Biləsuvarda 4, Cəbrayıl, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 3, Neftçalada 2, Ağsu, Xaçmaz və Naftalanda 1 millimetrdir.
Bir sıra ərazilərdə şimal küləyi əsir, küləyin maksimal sürəti saniyədə Salyan və Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17 metrədək güclənir.
Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Qəbələ, Xaltan, Oğuz, Qusar, Qrızda duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Aran rayonlarında 1, Naxçıvan Muxtar Respublikasında 13, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB