Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində 5 000 yeni sürücünü hazırlamaq və beynəlxalq bazarda iştirakını təmin etmək hədəfini qarşısına qoyub.
SİA xəbər verir ki, bu barədə AYNA-da avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla keçirilən görüşdə bildirilib.
Məlumata görə, Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində qarşıda duran vəzifələr, milli daşıyıcıların üzləşdikləri çətinliklər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Hazırda milli daşıyıcıların üzləşdiyi ən böyük çətinlik kadr çatışmazlığı ilə bağlıdır. Əsasən, beynəlxalq yükdaşıma sahəsində peşəkar sürücülərə və yük avtonəqliyyat vasitələrinə texniki qulluq və təmir üzrə ustalara ehtiyac var. Qeyd edilib ki, milli daşıyıcıların beynəlxalq yük daşımalarında bazar payının artmasında bu kimi faktorlar önəm kəsb edir.
Qeyd olunan çətinlikləri nəzərə alaraq AYNA tərəfindən milli daşıyıcılara dəstək məqsədilə yeni layihəyə start verilir. Layihə çərçivəsində beynəlxalq yük daşımaları sahəsində C və CE kateqoriyalı sürücülərin hazırlanması məqsədilə təlimlər təşkil edilir. Təlim üçün ödəniş 266 manat olsa da, məbləğin 80%-dən çox hissəsi AYNA tərəfindən qarşılanacaq. Sürücülər cəmi 50 manat ödəməklə təlimdə iştirak edə biləcəklər. Yekunda Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq qiymətləndirməyə əsasən sürücülərə 7 il müddətində etibarlı olan və beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərməyə imkan verən şəhadətnamə təqdim ediləcək. Gələcəkdə işlə təmin olunmaları üçün sürücülərin daşıyıcılarla əlaqələndirilməsinə də şərait yaradılacaq. Hədəf 5000 yeni sürücünün hazırlanması və beynəlxalq bazarda iştirakının təmin edilməsidir.
Layihə çərçivəsində milli daşıyıcıların beynəlxalq yük daşımalarında bazar payının artırılması və yeni iş yerlərinin açılması istiqamətində digər tədbirlər də nəzərdə tutulub.
Bildirilib ki, ötən illər ərzində avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində şəffaf mühitin təmin olunması, daşıyıcıların səmərəli fəaliyyət göstərməsi üçün imkanlar yaradılıb. Ölkədaxili, həm də beynəlxalq yük daşımalarında yüksək xidmət standartlarının təmin olunması üçün tənzimləmə və nəzarət funksiyası yerinə yetirilib.
Görülən tədbirlər nəticəsində yük nəqliyyat vasitələrinin sayı 3400-dən artaraq 14193-ə çatıb, "İcazə" blanklarının (xüsusilə də "xüsusi defisit") bolluğu yaradılıb, göstərilən xidmətlər elektronlaşdırılıb və ikitərəfli yük daşımaları bazarında bazar payımız 39%-dən artaraq 50%-i keçib. Beləliklə, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları ciddi məşğulluq imkanı yaratmışdır. Vurğulanıb ki, bir sənaye müəssisəsinə düşən orta işçi sayı 46 nəfər olduğundan, beynəlxalq yük daşımalarında istismar olunan 14193 yük nəqliyyat vasitəsinin yaratdığı məşğulluq imkanı təxminən 310 sənaye müəssisəsinə ekvivalent hesab edilə bilər. Onu da qeyd etmək lazımdır ki, burada xidmət ixracı edən, yəni ölkəyə valyuta axınını təmin edən sahibkarlıqdan söhbət gedir.
Xəbər lenti
Ronaldo hazırkı klubunu satın alır? - İDDİA
İdman 22:311400 kilometr məsafə qət edə bilən elektrikli Volkswagen...
Texnologiya 21:51Türkiyə rus turistlərindən milyonlarla gəlir itirir…
Turizm 21:07“Makronun arvadı hələ də kişidir”..?
Dünya 20:51Tramp bu qarışıqlığı özü başlatdı...
Dünya 20:28Skott Bessent: ABŞ İran təhdidini bitirir...
Dünya 18:37Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
İqtisadiyyat 18:19"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir"
Siyasət 18:01Pərviz Şahbazov Satya Srinivası ilə görüşüb
İqtisadiyyat 17:56"Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"
Siyasət 17:29Sabirabadda uşaq ölü doğulub
Sosial 17:27Dünənin, bu günün və gələcəyin partiyası
Siyasət 17:21“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Sosial 17:20YAP Yardımlı rayon təşkilatının XI konfransı keçirilib
Siyasət 17:09Sülhə aparan yol yeni reallıqlardan keçir - ŞƏRH
Siyasət 17:07YAP zəngin inkişaf yolu keçib
Siyasət 16:37Güclü iradə, aydın məqsəd, parlaq gələcək!
Siyasət 16:26“Həkim məsləhəti” rubrikamızda
Səhiyyə 15:50ABŞ sursat çatışmazlığını etiraf edib
Dünya 14:21Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb
İqtisadiyyat 13:19Demokratlar Respublikaçılardan öndədir - SORĞU
Siyasət 11:44Bu gün Azərbaycanda Bilik Günüdür
Təhsil 05:04ABŞ Rusiyanın ikinci böyük bankına sanksiya tətbiq etdi
İqtisadiyyat 03:22Netanyahu gələn həftə ABŞ-a səfərə gedəcək
Dünya 03:05"Kurtlar Vadisi"nin ssenaristləri dindirildi - ölüm işinə görə...
Şou-Biznes 02:21Hikmət Hacıyev görüş keçirib
Siyasət 02:02Bərdədə dəhşətli yol qəzası olub - ölən var
Hadisə 00:21Milli mətbəximizin təbliğinə töhfə verən şef...
Sosial 14 Sentyabr 23:25"Razılaşmaya hazırıq " - Zelenskidən BƏYANAT
Dünya 14 Sentyabr 23:19Bakıda ana və oğlu motosiklet qəzasında öldü
Hadisə 14 Sentyabr 23:01İrəvanda Avropa Birliyinin xüsusi nümayəndəsi ilə görüş keçirilib
Dünya 14 Sentyabr 22:31"Sabah" Sumqayıtdan qələbə ilə qayıdır
İdman 14 Sentyabr 22:19Bakıda 12 yaşlı uşaq "Roblox"a görə özünü binadan atıb - Baş Prokurorluq məlumat yaydı
Hadisə 14 Sentyabr 22:03Hərracda 300 köhnə avtomobildən ibarət böyük bir kolleksiya satılacaq
Texnologiya 14 Sentyabr 21:51Uzunömürlülüyün gözlənilməz bir sirri aşkar edilib...
Sosial 14 Sentyabr 21:27Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...
Sosial 14 Sentyabr 21:07Qaradağ rayonunda 600-dən yüksək bal toplayan 48 abituriyentlə görüş keçirilib
Siyasət 14 Sentyabr 20:53Lukaşenko bir daha dollara qarşı çıxış etdi…
Dünya 14 Sentyabr 20:49Ukrayna Rusiyanın kritik infrastrukturuna zərbələri dayandırmağa hazırdır
Dünya 14 Sentyabr 20:34Qallyamov: Kreml müharibə məsələsində iki yerə bölünüb...
Dünya 14 Sentyabr 20:27“İran və Rusiya hərbi inkişaf üçün süni intellektdən istifadə ediblər”
Dünya 14 Sentyabr 20:05Ukraynanın bu ilki əsas qələbəsi Kremlin yalanlarını üzə çıxardı...
Dünya 14 Sentyabr 19:51“Moskva Belarusu Avropaya təzyiq göstərmək üçün bir vasitəyə çevirir”
Dünya 14 Sentyabr 19:27“Ozero” kooperativi hakimiyyətini itirir...
Dünya 14 Sentyabr 19:05Si Cinpin Putinin Kim Çen Inla yaxınlaşmasından narahatdır...
Dünya 14 Sentyabr 18:51Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb
Siyasət 14 Sentyabr 18:35İlham Əliyev Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib
Siyasət 14 Sentyabr 18:33Polşa təhlükəsizlik xərclərini əhəmiyyətli dərəcədə artıracaq...
Dünya 14 Sentyabr 18:27“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı
İdman 14 Sentyabr 18:18Qardaşını qətlə yetirən Xasay Quliyev azadlıqdan məhrum edilib
Hadisə 14 Sentyabr 18:14Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



