Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi artıq Bakıya gətirilib. SİA-nın məlumatına görə, mərhumun cənazəsi vəfatından 17 gün sonra vətənə çatdırılıb. Şahin Tağıyevlə vida və onun dəfn mərasiminin vaxtı və yeri də açıqlanıb.
Bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı Şahin Talıb oğlu (Şuşalı) Tağıyevin vida və dəfn mərasimi 16 yanvar 2026-cı il tarixində, saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək. Yas mərasimi isə 17 yanvar 2026-cı il tarixində, saat 11:00-da Təzəpir məscidində baş tutacaq.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB