Rusiyanın əmək nazirinin sabiq müavini Aleksey Sklyar Moskvada intihar edib. RİA Novostinin xəbərinə görə, A.Sklyar intihardan öncə vida məktubu yazıb. Agentliyin mənbəsinin sözlərinə görə, o, intihar qeydində baş verənlərə görə həyat yoldaşını günahlandırıb.
Qeyd edək ki, Baş nazir Mixail Mişustin Sklyarı 2022-ci ilin iyul ayında onun xahişi ilə Rusiya Federasiyasının əmək və sosial müdafiə nazirinin müavini vəzifəsindən azad edib. Nazirlikdə Sklyar informasiya sistemlərinə, informasiya və telekommunikasiya infrastrukturuna və elektron dövlət xidmətlərinin göstərilməsinə rəhbərlik edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB