"Əsas məqsəd vətəndaşların həyat şəraitinin və rifah səviyyəsinin yüksəldilməsidir"

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə fəaliyyət hesabatına və 2026-cı il üçün prioritetlərinə həsr olunmuş mətbuat konfransında Fondun sədri Zəka Mirzəyev çıxış edərək ötən il ərzində əldə olunan nəticələr və cari ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.

SİA xəbər verir ki, Zəka Mirzəyev çıxışında sosial müdafiə sisteminin inkişaf dinamikası, əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində görülən işlər və institusional islahatların nəticələrini xüsusi vurğulayıb.

Fondun sədri qeyd edib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq Azərbaycanın əsas strateji hədəfi vətəndaşların həyat şəraitinin və rifah səviyyəsinin yüksəldilməsidir. Bu məqsəd Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin ali vəzifələrindən biri kimi təsbit olunmuş sosial ədalətin təmin edilməsi və həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi prinsipləri ilə birbaşa uzlaşır. Məhz bu istiqamətlər Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində prioritet vəzifələr kimi müəyyənləşdirilir və sosial dövlət modelinin möhkəmləndirilməsinə xidmət edir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə