Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sabiq hakimi, əməkdar hüquqşünas Rafael Sergeyeviç Qvaladze 15 yanvar 2026-cı il tarixdə uzunsürən xəstəlikdən sonra vəfat etmişdir. SİA xəbər verir ki, Rafael Qvaladze Azərbaycanın görkəmli hüquqşünası kimi hüquqi dövlət quruculuğu və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurla çalışmış, ömrünün 50 ildən çoxunu ölkəmizdə məhkəmə hakimiyyətinin həyata keçirilməsinə həsr etmişdir.
Fəaliyyəti dövrü əzrində Rafael Qvaladze Azərbaycan Respublikasının “Əməkdar hüquqşünası” fəxri adına layiq görülüb, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Səmimiliyi və təvazökarlığı ilə hörmət qazanmış, yüksək insani keyfiyyətlərə malik ədalətli hakim Rafael Qvaladzenin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB