Şuşaya gedəcək sürücülərə XƏBƏRDARLIQ olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar təhlükəsizlik baxımından Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə xəbərdarlıq edib. SİA xəbər verir ki, bu barədə AAYDA-dan məlumat verilib.

Qeyd olunub ki, sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa, həmçinin Ağdam-Ağdərə-Xankəndi-Şuşa avtomobil yollarından istifadə etmələri tövsiyə olunur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə