Bakının bu rayonlarında söküntü işləri aparılacaq

Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır.

SİA xəbər verir ki, bu barədə ölkə mətbuatına açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib. O bildirib ki, bu ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb. SİTAT: "Sözügedən binaların söküntüsü planlaşdırılır. Söküntüdən əvvəl dövlət xətti ilə dövlət büdcəsindən və investorlar vasitəsilə prosesin aparılması və kompensasiyaların aparılması nəzərdə tutulur. Həmçinin bəzi ərazilərdə abadlıq işlərinin görülməzi, parkların salınması gözlənilir".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə