Surdotərcümə xidmətinə altı ayda 300-ə yaxın müraciət daxil olub

2025-ci il iyulun 28-də fəaliyyətə başlayan “Səsiniz olaq” onlayn surdotərcümə xidmətinə indiyə qədər 300-ə yaxın müraciət daxil olub. Altı ay ərzində bu qədər müraciət həm həmin xidmətin əhəmiyyətinin, həm də eşitmə və nitq məhdudiyyətli şəxslərin etimadını doğrultmağımızın nəticəsidir.

SİA-nın məlumatına görə, bunu açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sosial-psixoloji reabilitasiya xidmətləri üzrə koordinatoru Pərvin Süleymanova deyib.

“Onlayn surdotərcümə xidməti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı təcrübə kimi dəyərləndirilib. Həmin inklüziv layihə təşkilatın Avropa regionu üzrə əlilliyi olan şəxslər üçün əlçatanlığın, müyəssərliyin, inklüziv mühitin və sosial inteqrasiyanın təmini sahəsində uğurlu təcrübələrin əks olunduğu sənədə daxil edilib. Həmin sənəddə surdotərcümə xidmətinin iş mexanizmi, müraciət qaydaları, hətta bəzi müraciət nümunələri qeyd olunaraq, eşitmə və nitq məhdudiyyətli şəxslər üçün nə qədər real bir mühit yaradaraq sosial inteqrasiyanı təmin etdiyi nümunə kimi göstərilib”, - deyə P.Süleymanova qeyd edib.

Bu və digər məsələlər barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə