Bu gün 110 kV-luq "Zaqatala-1" hava xəttinin Balakən rayonu ərazisindən keçən hissəsində təmir-bərpa işləri həyata keçiriləcək.
Bu barədə SİA-ya "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Balakən, Qax, Şəki və Zaqatala rayonlarının bəzi ərazilərində saat 12:30-dan 13:30-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir-bərpa işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB