Şamaxıda zəlzələ olub - TƏCİLİ

Yerli vaxtla saat 18:55-də Şamaxı rayonunda 3,8 maqnitudada zəlzələ olub. SİA xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Məlumata görə, Pirqulu stanasiyasından 9 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub.Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə