Bakının Nəsimi və Xəzər rayonunda piyada səkilərinə qarşı qanunsuz müdaxilənin qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Belə ki, Nəsimi rayonu ərazisində, Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində inşa olunan yaşayış binasının ətrafında tikinti şirkəti tərəfindən piyada səkisinin qanunsuz şəkildə ləğvinə cəhd edilib və bu da piyadaların hərəkətində ciddi çətinliklər yaradıb.
Digər belə hal isə Xəzər rayonu, Binə qəsəbəsi Əli İsazadə küçəsində qeydə alınıb. Belə ki burada piyada səkisini ləğv edərək parking ərazisinə giriş təşkil etməyə cəhd göstərilib.
BŞİH-dən bildirilib ki, bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən piyada infrastrukturu ilə bağlı qanun pozuntularına yol verildiyi müşahidə olunur. Belə ki, piyada səkilərinin zəbt edilməsi və ya tamamilə ləğv olunması cəhdləri müşahidə edilir. Bununla əlaqədar Baki Şəhər İcra Hakimiyyəti tərəfindən mütamadi olaraq monitorinqlər keçirilir və belə halların qarşısı dərhal alınır.
Məsələ ilə bağlı BŞİH tərəfindən operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkiləri bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.
"Qeyd edək ki, son illər Bakıda piyadalaşma siyasəti geniş miqyas alıb. Şəhərin müxtəlif ərazilərində piyada zonalarının artırılması, səkilərin genişləndirilməsi və ictimai məkanların yenidən təşkili istiqamətində işlər davam etdirilir. Baki Şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də monitorinqlər keçirilərək bu kimi negativ hallara qarşı tədbirlərin görüləcəyi bildirilir", -deyə BŞİH qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB