İş adamı həbsxanada vəfat etdi

İnşa etdiyi binalarda eyni mənzilləri bir neçə nəfərə satdığına görə dələduzluq və eyni zamanda, Cinayət Məcəlləsinin (CM) bir neçə maddəsi ilə dəfələrlə ittiham olunan tanınmış iş adamı Xanlar Cəfərov həbsxanada dünyasını dəyişib. SİA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən iş adamı ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olan sənəd elan edilib. Xidmətdən bildirilib ki, Xanlar Cəfərov 2026-cı il yanvarın 1-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Qeyd edək ki, Xanlar Cəfərov tikinti ilə məşğul olan “Avro Qrand” MMC-nin rəhbəri olub. O, həmçinin milyonçu iş adamı kimi də tanınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə