Dövlət Xidmətinin rəisi Neftçalada vətəndaşların müraciətlərini dinləyəcək

Dövlət Xidmətinin rəisi Neftçalada vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin bu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 16-sı saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov xidmətin Neftçala rayon şöbəsinin inzibati binasında Neftçala, Salyan, Şirvan və Hacıqabuldan olan vətəndaşların müraciətlərini dinləyəcək.

Bu barədə SİA-ya SHXÇDX-dən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinin rəisi ilə görüşmək istəyən vətəndaşların yanvarın 12-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvana ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə